Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"
sizinxeber.az xəbər saytı

Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"


Afrikada tullantıların yandırılması bu istiqamətdə problemləri həll etmir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Nigeriyanın Fəaliyyət və İnkişaf üçün Davamlı Tədqiqatlar (SRADev) təşkilatının icraçı direktoru Lesli Adoqame Metan üzrə Qlobal Öhdəlik çərçivəsində keçirilən tədbirdə bildirib.

"Tullantıların yandırılması Afrikada bu istiqamətdə problemlərin həlli üçün yol deyil. Bu, kömür yandırılması kimi çirkli enerji mənbəyidir. Üstəlik, bu, israfçı və idxal olunan texnologiyadır", - o vurğulayıb.

L. Adoqamenin sözlərinə görə, yandırmaya alternativ olaraq daha təhlükəsiz və iqtisadi baxımdan sərfəli həllər mövcuddur: "Bu alternativlər vasitəsilə təkcə sağlamlıq risklərinin qarşısı alınmır, həm də daha çox enerji istehsal olunur və ya enerjiyə qənaət edilir. Xüsusilə də sağlamlıqla bağlı xərcləri nəzərə aldıqda, bu üsullar daha ucuz başa gəlir".

İcraçı direktor əlavə edib ki, Afrikanın tullantıların idarə olunmasında daha effektiv və davamlı həllərə ehtiyacı var.

Oxşar xəbərlər

İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçılarına qarşı ittiham irəli sürülüb
Afrikada meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Afrikada həftə ərzində meymunçiçəyinə minlərlə insan yoluxub
EDF: Tullantıların utilizasiyası problemi dünyada çox aktualdır
İcraçı direktor: “İqlim maliyyələşdirilməsi tullantı sektoruna yetərincə yönləndirilməyib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle