Afrikada meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymun çiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Jan Kasenya brifinqdə bildirib.
“Bir neçə Afrika ölkəsində davam edən mpox epidemiyasına görə, qitədə ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan etmək qərarı verilib. Mpox dövlət sərhədlərini aşır, Afrikada minlərlə insan bu xəstəliyə yoluxub”, - o deyib.
Qeyd edək ki, səhiyyə sahəsində bütün Afrikada fövqəladə vəziyyət elan edilməsi qitənin səlahiyyətli orqanları və tibbi xidmətlər üçün ən yüksək xəbərdarlıq səviyyəsidir.
Oxşar xəbərlər
Afrikada meymun çiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
