Xarici jurnalistlər Anım Günündə Ağdamda olublar
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici jurnalistlər səfər ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.
O, xarici jurnalistlərin ölkəyə rəhbəri olduğu təşkilatın dəvətilə gəldiyini bildirib:
"Xarici jurnalistləri ölkəmizə çağırmaqda məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesini, eyni zamanda işğaldan azad edilmiş bölgələrdə "erməni izi"ni bir daha dünyaya çatdırmaqdır".
E.Eyvazlı söyləyib ki, onlar müxtəlif media qurumlarında çalışırlar:
"Qonaqlar Macarıstanın ən böyük media qurumlarından olan "Magyar Hirlap" qəzeti və eyni adlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayevdir. Xarici həmkarlarla Bakıda da bir sıra görüşlər keçiriləcək. Onlar sentyabrın 29-da ölkələrinə dönəcəklər".
Qeyd edək ki, xarici jurnalistlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsi çərçivəsində Azərbaycana dəvət olunublar.
Oxşar xəbərlər
Bu jurnalistlər də polisə çağırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












