Elnur Soltanov: "2050-ci ilədək sıfır xalis emissiya üçün Azərbaycana 200 milyard dollar sərmayə tələb olunur"
2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq üçün Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
“Qərarlar daha qətiyyətli olmalı və arxasında böyük investisiyalar dayanmalıdır. Bəzi rəqəmlər doğrudan da təəccüblüdür. Məsələn, xalis sıfır yanaşması qaçılmazdır - başqa yolumuz yoxdur, əks təqdirdə dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq”, - deyə o vurğulayıb.
E.Soltanov əlavə edib ki, investisiya baxımından əsas pay 24 %-lə elektrik enerjisi istehsalı sektoruna aiddir: "İkinci yerdə ev və binalar sektoru, üçüncü yerdə isə neft və qaz sektoru gəlir ki, bu sektor təxminən emissiyaların 26 %-nə cavabdehdir. Dördüncü sektor nəqliyyat, beşinci sənaye, altıncı tullantı sektoru, yeddinci isə kənd təsərrüfatı sektorudur".
Oxşar xəbərlər
Elnur Soltanov: Azərbaycanda xalis sıfır karbon emissiyasına keçid üçün 200 mlrd. dollar lazımdır
Vladanka Andreyeva: “2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün imkan pəncərəsi daralır”
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
