Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Krımın bir hissəsi elektrik enerjisiz qalıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Krımenergo” məlumat yayıb.
Bildirilib ki, elektrik şəbəkəsindəki nasazlıq səbəbindən Simferopol, Yalta, Aluşta, Yevpatoriya, Saki və Cankoyda, eləcə də Saki, Baxçasaray, Beloqorsk və Krasnoqvardeyski rayonlarında elektrik kəsilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Sevastopol da elektrik enerjisiz qalıb.
***
09.42
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopol şəhəri müvəqqəti olaraq elektrik enerjisiz qalıb.
Sizinxeber.az-nın xəbərinə görə, Sevastopolun qubernatoru Mixail Razvojayev özünün “Telegram” kanalında yazıb ki, enerji infrastrukturuna hücum nəticəsində şəhərin elektrik enerjisi kəsilib.
Qubernator qeyd edib ki, obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün tədbirlər görür.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın regionları, eyni zamanda Azov dənizi və Qara dəniz üzərində ötən gecə 320-dən çox Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb.
Oxşar xəbərlər
Ukraynanın hücumları nəticəsində Sevastopol işıqsız qalıb
Rusiyanın zərbələri nəticəsində Ukraynanın beş vilayəti elektrik enerjisiz qalıb
Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb
Livanın bütün ərazisində elektrik enerjisi kəsilib
Qara dəniz üzərində Ukrayna PUA-ları vurulub, Soçi aeroportunda uçuşlar dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
