Zeynal Nağdəliyev: "Aqrar sektor üzrə yeni Dövlət Proqramının icrası xüsusi nəzarətdə olacaq"
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası xüsusi nəzarətdə saxlanılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Qubada keçirilən regional müşavirədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proqram ölkə başçısı İlham Əliyevin aqrar sahədə həyata keçirdiyi islahatların yeni mərhələsidir və qarşıya daha iddialı hədəflər qoyur: "Pambıqçılıq, fındıqçılıq və digər sahələrdə son illərdə ciddi nəticələr əldə olunub. Bununla belə, yeni proqram çərçivəsində məhsuldarlığın artırılması, taxıl idxalından asılılığın azaldılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas məqsədlər sırasındadır".
Z. Nağdəliyev qeyd edib ki, Dövlət Proqramında bütün tədbirlər, icraçılar və icra müddətləri müəyyənləşdirilib: "Qaldırılan məsələlər həllini tapmalıdır. Dövlət proqramında nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilməli və onların icrası ciddi nəzarətdə olacaq".
Oxşar xəbərlər
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zeynal Nağdəliyev Dövlət Proqramının icrası üçün qurumlararası koordinasiyanı gücləndirməyə çağırıb
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
