SEPAH ABŞ-ın İordaniyadakı bazasında 4 mühüm hədəfə raket zərbəsi endirdiyini bildirib
ABŞ ordusunun İordaniyadakı “Əl-Əzraq” bazasında 4 mühüm hədəf vurulub.
Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti bəyanat yayıb.
Bəyanata görə, İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ ordusunun hava bazası və komandanlıq-idarəetmə mərkəzindəki 4 mühüm hədəf vurulub.
Bildirilib ki, SEPAH-ın Hərbi Hava Kosmik Qüvvələri uzaqmənzilli raketlərlə İordaniyanın “Əl-Əzraq” hava bazasında yerləşən F-35 qırıcılarının anqarları da daxil olmaqla, 4 mühüm hədəfi vuraraq məhv edib.
Sonda bəyanatda qeyd olunub ki, “İran ordusu düşmənin hər hansı yeni təcavüzünə sarsıdıcı və qəti cavab verməyə hazırdır və istənilən hücumun nəticələrinə görə ABŞ məsuliyyət daşıyacaq”.
Oxşar xəbərlər
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib
SEPAH: ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib
SEPAH son sutkada 26 gəminin Hörmüz boğazından keçdiyini bildirib
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
