ABA prezidenti: Azərbaycanda dollarlaşma səviyyəsi azalıb
Azərbaycanda bank sektorunda depozit portfelinin dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlərin dollarlaşma səviyyəsi isə 30,2%-ə enib
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu tendensiya həm milli valyutaya, həm də bank sektoruna olan etimadın artdığını göstərir:
"Bankların məcmu kapitalı da 9,7% artaraq 7,7 milyard manata çatıb ki, bu da sektorun maliyyə dayanıqlığının gücləndiyini təsdiqləyir", -deyə o qeyd edib.
O əlavə edib ki, bu ilin aprel ayının sonuna Azərbaycan bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 57,4 milyard manata çatıb.
Onun sözlərinə görə, aktivlərin artması bank sektorunun maliyyə tutumunun genişləndiyini və iqtisadiyyatda vasitəçilik rolunun gücləndiyini göstərir.
Z.Nuriyev qeyd edib ki, bank sektorunun kredit portfeli də artım nümayiş etdirib. Belə ki, cəmi kredit portfeli illik müqayisədə 8,9% artaraq 36 milyard manata çatıb. Biznes kreditlərinin həcmi isə 16,3 milyard manat təşkil edib.
Oxşar xəbərlər
Zakir Nuriyev: Nağdsız ödənişlərin kart əməliyyatlarında payı 70 faizə yaxınlaşıb
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
Bank sektoru bu il 13%-ə yaxın böyüyüb
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
Bank sektorunun aktivləri 49,7 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
