Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib
sizinxeber.az xəbər saytı

Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib


Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlar törədib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Bundan başqa güclü külək Yeniarx kəndini işıqsız qoyub. Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib.

Eyni zamanda bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın aşmasından zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Oxşar xəbərlər

Göyçayda güclü külək fəsadlara yol açıb
Güclü külək və yağış Göygöldə fəsadlar törədib
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
"60-a yaxın yaşım var, hələ belə külək görməmişdim" - Güclü küləyin ciddi fəsadları
Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər