Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq
Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq.
"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstana səfəri zamanı müzakirə aparılıb.
İnam Kərimov konfransda çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir.
Sədr qeyd edib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək.
Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur.
Oxşar xəbərlər
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub
Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Dövlət məktəblərində geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti I oxunuşda qəbul edilib
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
ADSEA tullantı suları və ətraf mühitin monitorinqi üçün əsas çətinlikləri açıqlayıb
