UKMTO Hörmüzdən keçən gəmilərə cənub marşrutunu seçməyi tövsiyə edib
Təhlükəsizlik məqsədilə Fars körfəzinə daxil olan və ya oradan çıxan ticarət gəmilərinə Hörmüz boğazından keçərkən Oman sahillərinə daha yaxın olan cənub marşrutundan istifadə etmək tövsiyə olunur.
"Sizinxeber.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə tabe olan idarənin məlumatında qeyd olunub ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanması elan edildikdən sonra Hörmüz boğazından keçən gəmilər üçün təhlükə səviyyəsi "mülayim" dərəcəyə ensə də, boğazın beynəlxalq farvaterində hələ də minalar ola bilər.
Bundan əlavə, ticarət gəmilərinə müəyyən edilmiş prosedurlara riayət etmək, addımlarını ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələri (NAVCENT) ilə koordinasiya etmək təklif olunur.
Oxşar xəbərlər
UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
UKMTO: Xarici gəmilərə Hörmüz boğazından çıxmaq üçün güzəştli dövr verilib
UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
Oman sahillərində növbəti gəmi insidenti baş verib
UKMTO: İranda müharibənin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
