Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub
sizinxeber.az xəbər saytı

Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub


Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilən beynəlxalq konfransda çıxış edib.

O qeyd edib ki, Qafqazın Konservatoriyası hesab olunan məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər:

"Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər".

Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalarımız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır”.

Oxşar xəbərlər

Məmməd Musayev: "Türk dünyası beynəlxalq arenada təşkilatlanmış güc kimi çıxış etməkdədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər