Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sazişin Naxçıvanda imzalanması tarixi hadisəyə çevrilib:
“Artıq inkişaf edən, hər sahədə səmərəli əməkdaşlıq platforması yaradan Türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin ümumi faktlarla müzakirəsi universitetin auditoriyası üçün kifayət qədər maraqlıdır. Naxçıvandan başlanan 15 illik yolun Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olduğu birmənalıdır”.
Onun sözlərinə görə, Naxçıvan türk dünyası üçün hər zaman aktual məsələlərdən biri olub:
“Heç təsadüfi deyil ki, Naxçıvan Türk dünyasının qapısı adlandırılır. Naxçıvan özünün geostrateji əhəmiyyəti ilə Türk dünyası üçün hər zaman maraqlı olub, bu gün də maraqlıdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə həmişə Naxçıvanın mövqeyinə xüsusi əhəmiyyət verib. Prezidentin müəyyənləşdirdiyi prioritetlər içərisində Türk dünyasına üstünlüyün verilməsi, bu siyasətdə Naxçıvanın yerli mövqeyinin müəyyənləşməsi qeyd olunmalıdır.
Türk dünyasının coğrafi bütövlüyünü və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsini perspektiv layihə kimi görürük. Hesab edirəm ki, tədbirdəki müzakirələrdə Naxçıvana geniş yerin ayrılması təsadüfi deyil. Bu tarixi, siyasi, coğrafi aspektlərlə bağlı məsələdir”.
Oxşar xəbərlər
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












