Biləsuvarda Səyyar ASAN xidmət avtobusu fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

Biləsuvarda Səyyar ASAN xidmət avtobusu fəaliyyətə başlayıb


Səyyar ASAN xidmət avtobusu Biləsuvar rayonunda xidmətə başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, mayın 26-dək Biləsuvar Mədəniyyət Mərkəzinin önündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzinin Səyyar Xidmətin təşkili sektorunun əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Oxşar xəbərlər

May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib
Lənkəran “ASAN xidmət” mərkəzində son bir ildə 300 minə yaxın müraciətə baxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər