Bolat Sambetov: "TDT çərçivəsində regional ticarət dövriyyəsi 40 milyard dollara yüksəlib"
sizinxeber.az xəbər saytı

Bolat Sambetov: "TDT çərçivəsində regional ticarət dövriyyəsi 40 milyard dollara yüksəlib"


Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi regional iqtisadi inteqrasiya prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil edilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" adlı panel müzakirəsində bildirib.

B.Sambetovun sözlərinə görə, son dövrdə TDT yalnız siyasi dialoq platforması olaraq deyil, eyni zamanda ticarət, investisiya, nəqliyyat və iqtisadi tərəfdaşlığın inkişaf etdiyi əhəmiyyətli regional məkana çevrilib.

"Təşkilat daxilində regional ticarət həcmi son illərdə nəzərəçarpacaq şəkildə artaraq 9 milyard ABŞ dollarından 40 milyard ABŞ dollarına qədər yüksəlib. Keçən il Budapeştdə baş tutan TDT ölkələrinin rəqabət qurumları rəhbərlərinin görüşündə gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib. Bu istiqamətlərə hüquq tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, kartellərlə mübarizə, bazar tədqiqatlarının aparılması, süni intellekt texnologiyalarının istifadəsi və birgə araşdırmaların reallaşdırılması aiddir".

Onun qeyd etdiyinə görə, təşkilata üzv dövlətlər logistika, yanacaq təchizatı, rəqəmsal bazarlar və marketpleyslər istiqamətində ortaq araşdırmalar həyata keçirə, qiymət formalaşması mexanizmlərini təhlil edə və rəqəmsal platformalar üçün ümumi qaydalar işləyib hazırlaya bilərlər.

Oxşar xəbərlər

Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
TDT çərçivəsində rəqabət pozuntularına dair vahid bazanın yaradılması təklif olunub
Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər