Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
sizinxeber.az xəbər saytı

Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir


Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş muxbiri xəbər verir ki, Forumda rəqabət siyasətinin formalaşdırılması və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Açılış mərasimində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış edəcəklər.

Panel müzakirəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Daha sonra rəqabət qurumları rəhbərlərinin 3-cü iclası keçiriləcək. Tədbirdə həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərlərinin çıxışı nəzərdə tutulub. İclasın sonunda Birgə Kommünikenin imzalanma mərasimi keçiriləcək.

Oxşar xəbərlər

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Azərbaycan rəqabət sahəsində təcrübəsini beynəlxalq tədbirdə bölüşüb
Azərbaycan türk dövlətlərinin rəqabət qurumu rəhbərlərinin II iclasında təmsil olunub
TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər