Elxan Nağıyev: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
Gələcəkdə qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda bu istiqamətdə maliyyələşmə Dövlət Proqramı çərçivəsində həyata keçirilir: "Lakin gələcəkdə qan xidmətinin daha sivil formada təşkili, daha geniş maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür.
Avropa ölkələrində, ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, bu sahənin maliyyələşdirilməsinin icbari tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulan perspektiv istiqamətlərdən biridir. Hazırda tibbi xidmətlər, məsələn, hər hansı əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır. Həmin əməliyyatın tərkib hissələrindən biri də qan və qan komponentləridir. Gələcəkdə bu komponentlərin də icbari tibbi sığorta vəsaiti hesabına ödənilməsi planlaşdırılır".
Oxşar xəbərlər
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub
İcbari tibbi sığorta hesabına sümük iliyi transplantasiyasının illik limiti artırılıb
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

