TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
avq
2025
17:30
0
0
1 843
ff aaaaaaa

TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq

21 avq, 2025
17:30
1 843

TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq

Türk Dövlətləri Təşkilatı (TDT) Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Bişkek şəhərində TDT-yə üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşündə qərar qəbul olunub.

Bildirilib ki, tədbirdə TDT, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkiyə nümayəndələri iştirak ediblər.

Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri Əqli Mülkiyyət Təşkilatının yaradılması təşəbbüsü olub.

Tədbirin sonunda Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin Birinci Görüşünün Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə tərəflər əqli mülkiyyətin qorunması və təşviqi sahəsində əməkdaşlığın gücləndirilməsi əzmini təsdiq ediblər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul