“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.
"Report" agentliyə istinadən xəbər verir ki, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.
Oxşar xəbərlər
Dövlət Agentliyi “Baku Electronics”in fəaliyyətini araşdırıb
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqlənib
Dövlət Xidməti: "Kontakt Home" keyfiyyətsiz malın dəyişdirilməsindən və qaytarılmasından imtina edib
"Kontakt Home" keyfiyyətsiz mal satdığına görə cəzalandırıldı - RƏSMİ
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Marketlərdə ucuzlaşma OLACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













