Emin Əmrullayev: Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər


Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər.

Sizinxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Son zəng"də tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır:

"Digər məsələlərdə isə uşaqlara daha çox sərbəstlik verilməlidir. Bu gün burada maraqlı rəqslər və müxtəlif çıxışlar gördük. Ola bilər ki, bəzi məktəblərdə səsləndirilən mahnılar kimlərinsə xoşuna gəlməsin. Amma mən həmin uşaqları qınamazdım, sadəcə olaraq onlara güzəşt edərdim. Çünki onlar uşaqdırlar”, – deyə nazir qeyd edib.

Nazir məzunları təbrik edərək bildirib ki, "Son zəng" şagirdlərin həyatında ən yaddaqalan günlərdən biridir.

Oxşar xəbərlər

Emin Əmrullayev: "Son zəng"in tənzimlənməsi sadəcə ictimai asayişin qorunmasını əhatə etməlidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Emin Əmrullayev: Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir
Emin Əmrullayev Tovuzda vətəndaşları qəbul edəcək
Emin Əmrullayev: Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər