Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
sizinxeber.az xəbər saytı

Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq


Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib.

O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: "Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır".

R.Quliyev əlavə edib ki, 2024-cü ilin iyul ayında qəbul edilmiş qərara uyğun olaraq bu sahənin inkişafı və qan xidmətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb:

"Qanunvericilik bazasının möhkəmləndirilməsi, könüllü və təmənnasız donorluğun təşviqi bu sahədə əsas prioritetlərdəndir. Bu gün Dünya Qan Donoru Gününün qeyd olunmasının əsas məqsədi də məhz insanları könüllü qanverməyə təşviq etmək, donorların cəmiyyət üçün əhəmiyyətini vurğulamaqdır. Bir donorun verdiyi qan bir, bəzən isə bir neçə insanın həyatının xilas edilməsinə imkan yaradır".

Oxşar xəbərlər

Elxan Nağıyev: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
Bu ilin ilk 5 ayı ərzində 50 minə yaxın qan donoru qeydiyyata alınıb
Gündüz Kərimov: "Azərbaycanda iqtisadi inkişaf mühüm mərhələyə qədəm qoyur"
Azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb
Anar Quliyev: "Böyük Qayıdış Dövlət Proqramı mərkəzi strateji çərçivəni təmsil edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər