Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"
sizinxeber.az xəbər saytı

Birol Küle: "Xarici şirkətlər öz ölkələrindəki normalara başqa bazarlarda əməl etmirlər"


Xarici investisiyaların ölkəyə cəlb olunması əhəmiyyətli olsa da, bazardakı bütün iştirakçılar üçün bərabər şərtlərin və eyni qaydaların tətbiqinin təmin edilməsi zəruridir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil edilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusunda panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, rəqabət orqanlarının həyata keçirdiyi araşdırmalar və sahə hesabatları bəzi xarici şirkətlərin müxtəlif ölkələrdə fərqli davranış nümunələri nümayiş etdirdiyini üzə çıxarır:

"Biz müşahidə edirik ki, bəzi xarici investisiya şirkətləri öz ölkələrində ciddi şəkildə əməl etdikləri qaydalara bizim ölkələrimizdə eyni səviyyədə riayət etmirlər. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Xarici investisiyalar iqtisadi inkişaf baxımından mühüm rol oynasa da, bazarda ədalətli rəqabət mühitinin qorunması əsas prioritet olaraq qalmalıdır".

Oxşar xəbərlər

Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
TDT çərçivəsində rəqabət pozuntularına dair vahid bazanın yaradılması təklif olunub
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Bolat Sambetov: "TDT çərçivəsində regional ticarət dövriyyəsi 40 milyard dollara yüksəlib"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər