Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
sizinxeber.az xəbər saytı

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"


Türk dövlətlərinin rəqabət qurumları arasında əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin III iclası və Rəqabət Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda rəqabət siyasətinin rolu daha da artır.

"Bazarlarda sağlam rəqabət prinsiplərinin qorunması, sahibkarların maneəsiz fəaliyyətinin təmin edilməsi və istehlakçı rifahının yüksəldilməsi innovasiyaların təşviqinə, eləcə də uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi xüsusi strateji əhəmiyyət kəsb edir", – deyə E. Bağırov vurğulayıb.

Agentlik sədri əlavə edib ki, ortaq sivilizasiya, tarixi bağlar və iqtisadi əlaqələr üzv ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, vahid yanaşmaların formalaşdırılmasına və institusional əməkdaşlığın daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır.

Oxşar xəbərlər

Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Azərbaycan rəqabət sahəsində təcrübəsini beynəlxalq tədbirdə bölüşüb
Elnur Bağırov: "WUF13 zamanı standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir"
Azərbaycan türk dövlətlərinin rəqabət qurumu rəhbərlərinin II iclasında təmsil olunub
Azərbaycanda Elektron Rəqabət İnformasiya Sisteminin yaradılmasına başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər