Alina Xələfova: "Startaplar üzrə Milli Çempionatda şagirdlərin layihələri satışa çıxarılıb və gəlir gətirir"
Startaplar üzrə Milli Çempionatda təqdim olunan şagirdlərin startap layihələri artıq satışa buraxılıb və real gəlir gətirməyə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin rəhbəri Alina Xələfova 6-17 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Milli Çempionatda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Startaplar üzrə Milli Çempionat adi bir yarış deyil: "Qeyd etdiyim kimi, bu gün eyni zamanda tədris ilimizin yekun hesabat mərasimi keçirilir. İl boyu şagirdlərimizin əldə etdikləri bilik və bacarıqlar bu mərasimdə ortaya qoyulacaq.
Qısa vaxt ərzində bir layihəni hazırlamaq, onun istehsal prosesini və satışını həyata keçirmək, həmçinin gəlir qazanmaq asan məsələ deyil. Ancaq şagirdlərimiz bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər. Layihələrimizin böyük bir hissəsi son bir ay ərzində "Dəniz Mall" ticarət mərkəzində satışa təqdim edilib. Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu satış prosesi 25 iyun tarixinədək davam edəcək".
A. Xələfova qeyd edib ki, bu gün 20 komanda iki kateqoriya üzrə mübarizə aparacaq: "Birinci kateqoriya startap kateqoriyasıdır və 11 komanda öz layihələrini nümayiş etdirəcək. Münsiflər heyəti çıxışları dörd əsas meyar əsasında dəyərləndirəcək - gəlirlilik, innovativlik, sosial şəbəkələrdə əks olunma, münsiflər heyətinin suallarına cavab vermə qabiliyyəti.
Ən çox bal toplayan komandalar birinci, ikinci və üçüncü yerləri tutacaqlar. Eyni zamanda, altı xüsusi nominasiya da elan olunacaq: Ən yaxşı təqdimat; Ən kreativ ideya; Ən innovativ ideya; Ən yaxşı məhsul dizaynı; Ən yaxşı səhnə performansı; Ən uğurlu brend adı.
Bu gün burada çıxış edən hər bir şagirdi qalib hesab edirəm. Əsas məqsəd qalib gəlmək deyil. Ən böyük nailiyyət şagirdlərimizin qazandıqları bilik, təcrübə və inkişafdır. Məhz bu dəyərlər onların gələcək uğurlarının təməlini qoyacaq".
Oxşar xəbərlər
Nərminə Həsənova: "Startaplar uzrə Milli Çempionatda ilk dəfə layihələrin 40 %-i milli irsimizi özündə əks etdirir"
Alina Xələfova: "Miniboss Biznes Məktəbi" çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir"
Alina Xələfova: "Şagirdlər startap forumlarında təqdimat bacarıqlarını inkişaf etdirirlər"
Nərminə Həsənova: "Miniboss Business School" altı il ərzində 80-dən çox layihə həyata keçirib"
"MiniBoss Baku"nun direktoru: “Azərbaycanda valideynlərin biznes təhsilə marağı ildən-ilə artır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

