Zəka Muradov: Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır
Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu "ASAN xidmət"in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Səyyar "ASAN xidmət"in Gürcüstanın paytaxtı Tbilisidə təşkili xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət edir:
"Fəaliyyət coğrafiyasını genişləndirən Səyyar ASAN xidmət" artıq xaricdə yaşayan vətəndaşlarımızı da əhatə etməyə başlayıb. Məqsədimiz Azərbaycan vətəndaşlarının harada yaşamasından asılı olmayaraq dövlət xidmətlərindən rahat və operativ şəkildə yararlanmasını təmin etməkdir. Əsas hədəflərimizdən biri heç bir vətəndaşın dövlət xidmətlərindən kənarda qalmamasını təmin etməkdir".
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə bildirib ki, layihə dövlət xidmətlərinin əlçatanlığının artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır:
"Səfirliyin konsulluq bölməsi bir sıra konsulluq xidmətləri göstərsə də, şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi kimi xidmətlər səlahiyyətlərimizə aid deyil. "ASAN xidmət" modelinin xaricdə tətbiqi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlara göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür".
Diasporla İş üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Adil Hüseynov da vurğulayıb ki, layihə dövlət başçısının tapşırıqları əsasında xaricdə yaşayan soydaşlara xidmətlərin daha əlçatan şəkildə çatdırılması məqsədilə həyata keçirilən növbəti təşəbbüslərdən biridir:
"Bundan əvvəl də qardaş Türkiyədə orada yaşayan vətəndaşlarımızın pasportlarının verilməsi, şəxsiyyət vəsiqələrinin təqdim olunması və dəyişdirilməsi kimi proseslər həyata keçirilib. Gələcəkdə də xaricdə yaşayan azərbaycanlılara xidmətlərin genişləndirilməsi istiqamətində yeni layihələrin icrası planlaşdırılır. İnanıram ki, bundan sonra da bu layihələr davam edəcək və dövlətimiz öz vətəndaşları üçün daha uğurlu layihələrin həyata keçirilməsini təmin edəcək".
Oxşar xəbərlər
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Fuad Muradov: Xaricdə artıq yeni nəsil alimlər yetişir
Biləsuvarda Səyyar ASAN xidmət avtobusu fəaliyyətə başlayıb
May ayında səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
