Natiq Məmmədli: Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır
sizinxeber.az xəbər saytı

Natiq Məmmədli: Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır


Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi təqdim olunmalıdır: "Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik".

N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:

"Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır. Həmçinin rəqəmsal reallığın pozitiv tərəflərinə diqqət yetirilməlidir".

Oxşar xəbərlər

Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib
MEDİA-nın İcraçı direktorunun müavini gənc jurnalistlərə çağırış edib
Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər