İlham Əliyevin karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir - RƏY
sizinxeber.az xəbər saytı

İlham Əliyevin karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir - RƏY


"Bakı Enerji Həftəsi"nin açılışında Prezident İlham Əliyevin çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə mühüm mesajları ehtiva edir.

Bunu "Sizinxeber.az"a deputat Zaur Şükürov deyib.

Onun fikrincə, Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir:

"Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunub, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılıb. Amma bugünkü reallığa nəzər yetirdikdə, vəziyyətin tamamilə fərqli olduğunu görürük. Enerji siyasətlərində ənənəvi qazıntı yanacağından imtinanı prioritet hesab edən ölkələr enerji çatışmamazlığı ilə üzləşərək yeni mənbələr axtarışındadırlar".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında yer alan digər vacib məsələ isə karbohidrogen və bərpaolunan enerji strategiyalarını bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan iki istiqamət kimi təqdim edilməsidir.

"Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayətdir. Lakin üzərimizə düşən məsuliyyətin bərpaolunan enerji mənbələrinə də sərmayə yatırmağı tələb etdiyini nəzərə alaraq, bu istiqamətdə investor şirkətlər üçün ötən əsrin 90-cı illərindəki neft şirkətlərinə yaradılan imkanlara bənzər əlverişli şərait formalaşdırılıb", - o deyib.

Z.Şükürov vurğulayıb ki, qarşıdan gələn illərdə Azərbaycan Avropaya "yaşıl enerji" ixracatında mühüm layihələrə imza atacaq. Belə ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək:

"Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Bununla yanaşı, Mərkəzi Asiyadakı tərəfdaşlarla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işlər aparılır".

Deputatın fikrincə, təqdirəlayiq haldır ki, Türkiyə, ABŞ, Böyük Britaniya kimi dövlətlərin liderlərinin ünvanladıqları məktublarda da, əvvəllər xəyal kimi görünən bir çox meqalayihənin uğurla həyata keçirildiyi, qlobal qeyri-müəyyənlik dövründə beynəlxalq enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında və dayanıqlı mövqenin gücləndirilməsində Azərbaycanın çox mühüm tərəfdaş olduğu qeyd edilir və bu nailiyyətin ölkənin, şəxsən Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin sübutu kimi qiymətləndirilir:

"Qeyd edilənlər Azərbaycanın nəinki beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa çevrildiyinin sübutudur, eyni zamanda öz milli maraqlarına söykənən və tərəfdaş dövlətlərlə səmərəli, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri formalaşdırmaq bacarığının bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, məhz bu siyasətin nəticəsində qarşıdakı illərdə daha böyük uğurlara şahidlik edəcəyik".

Oxşar xəbərlər

Mehriban Vəliyeva: Bakı Enerji Həftəsi qlobal enerji strategiyasının vacib platformasına çevrilib
İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir
Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər