İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2026
01:00
0
0
1 274
ff aaaaaaa

İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir

05 in, 2026
01:00
1 274

İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir

İran bütün mülki gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini istəyir.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin "Telegram" kanalında "Al Mayadeen" telekanalına dünənki müsahibəsinin təfərrüatı barədə paylaşımında qeyd olunub.

"Hörmüzün sahilyanı ölkələri olaraq İran ilə Oman boğazın idarə edilməsi və oradan keçidə nəzarət barədə bir-biri ilə məsləhətləşmək üçün təbii hüquqa malikdir və bizim də etdiyimiz budur", - o bildirib. Nazir əlavəı edib ki, hazırda səylər Hörmüz boğazının idarə edilməsi üçün atılan addımların beynəlxalq hüquqa tam uyğun olmasına yönəlib.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul