Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Lüksemburqun ənənəvi multikultural tədbirlərindən biri hesab olunan "Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı"nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.
"Sizinxeber.az" xəbər verir ki, stend Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, "LuxAz" Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə hazırlanıb.
İki gün ərzində "Luxexpo" sərgi mərkəzində keçirilən festivalda 400-dən çox stend təşkil olunub ki, burada müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ictimai fəaliyyətləri təqdim edilib.
Azərbaycan stendi vasitəsilə ziyarətçilər ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri ilə tanış olublar.
Festival çərçivəsində Azərbaycan stendinə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Maks Han baş çəkib.
Oxşar xəbərlər
Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Hakan Fidan “IDEF 2025”də Azərbaycan stendi ilə tanış olub
ASA: "Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə Azərbaycanın stendi olacaq
Media FM və Yurd FM-in stendi “Ən Kreativ Stend” mükafatına layiq görüldü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
