01
in
2026
11:15
yuxarı
Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ermənistan İstintaq Komitəsi ölkənin Baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan şəxslərdən birinin şəxsiyyətini müəyyən edib.
"Report"un məlumatına görə, bu barədə Ermənistan mediası xəbər verir.
Onun barəsində Ermənistan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən siyasi motivlərlə dövlət xadiminin qətlinə hazırlıq, həmçinin seçkiqabağı təşviqata mane olma maddələri üzrə cinayət təqibi başladılıb.
Cinayət işi hökumət başçısının ünvanına hədələr səsləndirən maskalı şəxslərin iştirakı ilə videoyazının dərc edilməsindən sonra başlanıb. Mayın 18-də internetdə dərc edilmiş videoçarxda bir qrup silahlı maskalı şəxs baş naziri hədələyib və təhqir edib.
