Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan Budapeştdə keçirilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında təmsil olunub.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 17-dən 20-dək davam edəcək ənənəvi festival Budapeştin tarixi Buda Qalasının ərazisində təşkil edilib.
Məlumata görə, bu festival Macarıstanın ən böyük mədəni tədbirlərindən biridir.
Builki festivalın fəxri qonağı olan Azərbaycan tədbirdə xalq sənətinin müxtəlif nümunələrinin nümayiş etdirildiyi üç stendlə təmsil olunur.
Qeyd edək ki, festivalda dünyanın müxtəlif ölkələrindən təxminən 800 sənətkar iştirak edir. Əvvəlki illərdə olduğu kimi, builki festivalın da 100 mindən çox ziyarətçi cəlb edəcəyi gözlənilir. Tədbir çərçivəsində ustad dərsləri keçiriləcək, xalq sənətinin canlı nümayişləri baş tutacaq, eləcə də milli musiqi və rəqs proqramları təqdim ediləcək.
Oxşar xəbərlər
Qəbələ musiqi festivalı çərçivəsində Rauf Atakişiyev və Vasif Adıgözəlovun yubileyləri qeyd olunacaq
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Azərbaycanda “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək
Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











