Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan Özbəkistanda keçirilən VIII "Boysun Baharı" Beynəlxalq Folklor Festivalında təmsil olunub.
Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Boysun Baharı" beynəlxalq etno-festivalı Özbəkistanın Surxandərya vilayətinin Boysun rayonunda yerləşən Baisuntau dağlarında keçirilən və regionun zəngin mədəni irsini əks etdirən mühüm beynəlxalq tədbirdir.
Belə ki, 1–3 may tarixlərində keçirilən və 20-dən artıq ölkənin iştirak etdiyi bu festivalda sözügeədn mərkəzin layihəsi çərçivəsində "Gənc Aşıqlar" qrupu çıxış edib. Eyni zamanda, təqdim olunan proqram çərçivəsində Azərbaycanın zəngin folklor irsi, o cümlədən aşıq yaradıcılığı və ənənəvi ifaçılıq mədəniyyəti haqqında geniş təsəvvür formalaşdırılıb.
Qeyd edilib ki, bu tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycanlı tarzən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
