İcraçı direktor: Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır
sizinxeber.az xəbər saytı

İcraçı direktor: Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır


"Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır”.

APA xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.

O bildirib ki, planet siqnallar göndərir: “İqlim dəyişikliklərinin sürətini azalda bilərik. İqlim fəaliyyəti millətlər və xalqlar üçün şansdır. İndi tədbirlər görsək, 2050-ci ilə qədər daha yaxşı səhiyyə, investisiyalar yarada bilərik. Həllər realdır, yalnız kağız üzərində deyil. Yaşıl enerji sürətlə genişlənir. Bərpaolunan enerjidən istifadə daha çox artır. Biz elektrikdən səmərəli istifadə etməliyik, emissiyaları azaltmalıyıq".

Oxşar xəbərlər

Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib
UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik
UNEP: Karbon emissiyaları 2030-cu ilə kimi 41% azaldılmalıdır
COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər