Madriddə 28 May - Müstəqillik Günü qeyd olunub
Madrid şəhərində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilatçılığı 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Bu barədə "Sizinxeber.az"a səfirlikdən məlumat verilib.
Dövlət rəsmiləri, media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan İspaniyadakı səfiri Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün tarixi əhəmiyyətindən bəhs edib.
Səfir çıxışında vurğulayıb ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.
Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni reallıqlar yaratdığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində mühüm təşəbbüslərlə çıxış edir.
Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, həmçinin ölkəmizin zəngin mədəniyyəti, tarixi və turizm potensialını əks etdirən müxtəlif nəşr və broşürlər nümayiş etdirilib.
Həmçinin diqqətə çatdırılıb ki, bu gün Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan "Cibeles" fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
Oxşar xəbərlər
İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
Almaniyada Azərbycanın Müstəqillik Günü qeyd olunub
Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
Aleksandr Pulev: Azərbaycan Bolqarıstanın etibarlı strateji tərəfdaşıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
