ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib.
"Sizinxeber.az" "Sky News"a istinadən xəbər verir ki, CENTCOM-da İranın Küveyt istiqamətində ballistik raket atdığı, lakin onun Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyi bildirilib.
"Atəşkəs rejiminin kobud şəkildə pozulması İran qüvvələrinin Hörmüz boğazı rayonunda və onun yaxınlığında açıq-aşkar təhlükə yaradan beş kamikadze zərbə PUA buraxmasından bir neçə saat sonra baş verib", - ABŞ komandanlığının bəyanatında vurğulanıb.
CENTCOM-da bütün PUA-ların ABŞ qüvvələri tərəfindən uğurla ələ keçirildiyi qeyd edilib.
Bundan əlavə, komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Bəndər-Abbasdakı İranın yerüstü idarəetmə məntəqəsindən daha bir PUA-sının buraxılmasının qarşısını alıblar.
ABŞ Mərkəzi Komandanlığında öz qüvvələrini və maraqlarını "əsassız İran aqressiyasından" qoruyaraq "diqqətli" fəaliyyət göstərməyə davam etdiklərini vurğulayıblar.
Oxşar xəbərlər
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
CENTCOM İran limanlarına 15 humanitar gəminin buraxılması barədə məlumat verib
Tramp İranı yeni zərbələrlə hədələyib
CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 minə yaxın hədəfi məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
