Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
16:30
ff aaaaaaa

Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır

28 may, 2026
16:30
992

Naxçıvan-Ordubad avtomobil yolunda asfaltlanma işləri aparılır

Naxçıvan-Ordubad magistral avtomobil yolunda asfaltlanma işləri aparılır.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı işləri "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" icra edir.

Magistral avtomobil yolunda aparılan cari təmir işləri mərhələli şəkildə davam etdirilir.

İcra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb, hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.

Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul