AQTA: Bayram günü 10 mindən artıq heyvanın kəsimi həyata keçirilib
sizinxeber.az xəbər saytı

AQTA: Bayram günü 10 mindən artıq heyvanın kəsimi həyata keçirilib


Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib.

Bu barədə "Sizinxeber.az"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd edilib ki, bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib.

Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi bu məntəqələrdə təşkil olunacaq
AQTA: Azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
AQTA Qurban bayramı ilə bağlı heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir
İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər