Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb


Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi Əli Cavadlı U-17 Avropa çempionatında qızıl medal qazanıb
İbrahim Avropa çempionu olub, Tunar bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
Avropa çempionatı: İdmançılarımız bir gündə 5 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər