Tbilisidə Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə qəbul keçirilib
sizinxeber.az xəbər saytı

Tbilisidə Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə qəbul keçirilib


Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, hökumət üzvləri, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Faiq Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və qeyd edib ki, Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası çərçivəsində ilk qatar ki ölkə arasında əməkdaşlığın inkişafının göstəricisidir.

Diplomat həmçinin Azərbaycan və Gürcüstanın ortaq tarixi dəyərlərə malik olduğunu, regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərdiyini bildirib.

Şalva Papuaşvili isə çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət, suverenlik və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir.

Oxşar xəbərlər

Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
Tbilisidə Azərbaycanın Müstəqillik günü qeyd edilib
Ceyhun Bayramov və Şalva Papuaşvili Azərbaycan-Gürcüstan tərəfdaşlığını müzakirə ediblər
Papuaşvili: Trampın siyasi hədəfləri bizim baxışımıza tam uyğundur
Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər