Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq
Naxçıvan Muxtar Respublikanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S. Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu səbəbdən mayın 26-ı saat 02:00-dan 04:00-dək həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Naxçıvanın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Sabah Cəhri qəsəbəsində işıq olmayacaq
Naxçıvanın bəzi ərazilərində işıq kəsiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
