Düşənbədə BMT proqramı çərçivəsində Su festivalı keçirilir
Tacikistanın paytaxtı Düşənbədə BMT-nin 2018-2028-ci illər üzrə "Dayanıqlı inkişaf üçün su" adlı Beynəlxalq Onillik Fəaliyyətə həsr olunmuş 4-cü yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Su festivalı keçirilir.
"Report"un Qazaxıstan bürosunun Düşənbəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, festival Tacikistan hökuməti tərəfindən "Novruzqoh" mədəniyyət və əyləncə parkında təşkil olunub.
Tədbirin əsas məqsədi insanlar arasında vacib resurs kimi suyun dəyəri, eləcə də təmiz içməli suyun əsas mənbəyi kimi buzlaqların əhəmiyyəti barədə maarifləndirməni artırmaqdır.
Su ehtiyatlarına qayğı ilə yanaşılmasının və onların gələcək nəsillər üçün qorunub saxlanılmasının zəruriliyinə xüsusi diqqət yetirilib. Festival həmçinin su gündəliyini qlobal səviyyədə təşviq edən Tacikistanın dövlət siyasətini və praktiki təşəbbüslərini nümayiş etdirir.
Festivalda xalq sənətkarlığı və dekorativ-tətbiqi sənət sərgisi, tacik milli mətbəxinin təamları, müxtəlif növ içməli suların ekspozisiyası, konsert proqramı, milli geyimlər təqdim edilir və digər mədəni-əyləncə tədbirləri keçirilir.
Oxşar xəbərlər
Daşkəsəndə kənd təsərrüfatı məhsulları festivalı keçirilib
Emoməli Rəhmon COP29 çərçivəsində Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional mərkəzin yaradılmasını təklif edib
Bakıda "Force of Love - 2026" yay festivalı keçiriləcək
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Bu ilin mayında Düşənbədə buzlaqların mühazifəsi ilə bağlı beynəlxalq forum keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
