Sizinxeber.az » DÜNYA » Region » Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmir və ondan Rusiyaya qarşı açıq mövqe nümayiş etdirməyi tələb edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Spiker Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalarını tənqid edb. O, Estoniya, Latviya və Litvanın rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməsini “əsassız” adlandırıb və bunun Gürcüstan hökumətinə təzyiq məqsədi daşıdığını bildirib.

Ş.Papuaşvili qeyd edib ki, Gürcüstanın NATO və beynəlxalq təhlükəsizlik məsələlərinə verdiyi töhfə Baltikyanı ölkələrdən qat-qat çox olub, lakin buna baxmayaraq, rəsmi Tbilisi haqsız tənqidlərə məruz qalır.

"Həqiqi dostluq qarşılıqsız olur, amma Baltikyanı ölkələr hesablanmış dostluq nümayiş etdirir”,- parlament sədri vurğulayıb.

Ş.Papuaşvili əlavə edib ki, Gürcüstanın stabilliyini və sülh siyasətini dəstəkləmək əvəzinə, bəzi Qərb ölkələri hökumətə təzyiq göstərmək üçün demokratiya məsələsini bəhanə kimi istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !