Omanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Omanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib


Maskat şəhərində Azərbaycanın Oman Sultanlığındakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edilib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Oman Sultanlığındakı səfirliyindən məlumat verilib.

Tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ticarət, sənaye və investisiyaların təşviqi naziri Ənvər bin Hilal bin Həmdun Əl-Cəbri, Oman dövlət və hökumət rəsmiləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının təmsilçiləri, iş adamları və media nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Oman dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən səfir Rəşad İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan-Oman münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını və tarixi-mədəni irsini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqi proqramı təqdim edilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və xatirə hədiyyələri təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıblar
Oman parlamentinin sədri: APA-ya üzv kimi dünyanı sülhə, əmin-amanlığa səsləyəcəyik
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər