Qattuzo "Latsio"nun yeni baş məşqçisi olacaq
sizinxeber.az xəbər saytı

Qattuzo "Latsio"nun yeni baş məşqçisi olacaq


İtaliyalı mütəxəssis Cennaro Qattuzo yaxın günlərdə ölkəsinin "Latsio" klubuna baş məşqçisi təyin olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında 2 illik müqavilə ilə bağlı yekun razılıq əldə olunub.

Daha əvvəl "Latsio"nun hazırkı baş məşqçisi Mauritsio Sarrinin "Atalanta"ya rəhbərlik etməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Qattuzonun son iş yeri İtaliya milli komandası olub. O, yığmanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Oxşar xəbərlər

"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
"Latsio" Benito Mussolininin nəticəsi ilə müqavilə bağlayıb
Klaudio Ranyeri İtaliya yığmasına rəhbərlik etməyə hazırdır
"Latsio" Pedro ilə müqavilə müddətini uzatmaqla bağlı razılığa gəlib
"Atalanta"nın yeni baş məşqçisi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər