Papuaşvili: Trampın siyasi hədəfləri bizim baxışımıza tam uyğundur
sizinxeber.az xəbər saytı

Papuaşvili: Trampın siyasi hədəfləri bizim baxışımıza tam uyğundur


ABŞ prezidenti Donald Trampın siyasi hədəfləri Gürcüstanın baxışı ilə tam üst-üstə düşür.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Trampın əsas məqsədi ABŞ-də "dərin dövlət"i məğlub etməkdir və biz bu baxımdan onun pərəstişkarlarıyıq. "Dərin dövlət" zəiflədikcə Gürcüstan-Amerika münasibətləri daha da möhkəmlənəcək”, – deyə Papuaşvili vurğulayıb.

O, həmçinin qeyd edib ki, Trampın Gürcüstan Prezidenti Mixail Kavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik etməsi iki ölkə arasında münasibətlərin inkişafı üçün pozitiv siqnaldır.

Qeyd edək ki, Donald Tramp Gürcüstan hökuməti ilə dinc və məhsuldar münasibətlərin möhkəmləndirilməsinə sadiq olduğunu bildirib.

Oxşar xəbərlər

Şalva Papuaşvili: Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Gürcüstan parlamentinin sədri: Rusiyaya qarşı sanksiyaların tətbiqi iqtisadi çöküşümüz deməkdir
Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır
Papuaşvili: "ABŞ-nin maliyyə yardımının Gürcüstanın dövlət büdcəsinə heç bir təsiri olmayıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər