Azad edilmiş ərazilərdəki daha 33 müəssisədə maarifləndirmə tədbirləri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.
Bu barədə Sizinxeber.az-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında keçirilən bu tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.
İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 900-dən çox şəxsin iştirak etdiyi tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, iş yerlərinin attestasiyası barədə məlumat verilib.
Həmçinin iş yerlərində təhlükəsizlik qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar da təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Bu il əmək qanunvericiliyi tələblərinin 2 128 halda pozulması faktı aşkarlanıb
Azad olunmuş ərazilərdə məşğulluğun təmin olunmasında işəgötürənlərlə gələcək əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
