AzMİU-nun dekanı: "Gələcəyin şəhərləri inkluziv və insan-yönümlü olmalıdır"
Gələcəyin şəhərləri yalnız "ağıllı"deyil, həm də inkluziv və insan-yönümlü olmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı Fərid Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Region Bələdiyyələrin Urbanizasiyası Forumu"nda bildirib.
Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma prinsipləri köklü şəkildə dəyişir: "Bu gün şəhərlər yalnız binalar və küçələr demək deyil. Bu gün artıq şəhər anlayışı tamam başqa formada başa düşülür. Şəhər insan hüquqlarının, sosial bərabərliyin və ekoloji məsuliyyətin ifadə olunduğu məkanlardan başqa, həm də artıq inkluzivlik, yəni iqtisadi səmərəlilik, sosial inkluzivlik və əlçatanlıq olan bir məkanlar anlamına gəlib çatıb".
F. Kərimov qlobal və yerli şəhərləşmə statistikasını diqqətə çatdırıb: "Bu gün BMT-nin məlumatına görə, 56 % insan şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu, 68 %-ə çatacaq. Hər həftə təxminən 1,5 milyon insan şəhərlərə köçür. Və Azərbaycan üzrə bu göstərici artıq 58 %-dir. Bu o deməkdir ki, artıq hər kəs çox gözəl şərait yaradılıb, əlçatan olan, müəssər olan şəhərlərdə yaşamağa can atır və həqiqətən də bu, Azərbaycan üzrə baş verir. Bu, elə-belə də baş vermir. Çünki bizim şəhərlərimiz həqiqətən buna uyğunlaşır. Şəhərlərimizdə gözəl yenidənqurma işləri və əlçatanlıq, dayanıqlı inkişaf prinsiplərinə uyğun böyük yenidənqurma işləri gedir".
Oxşar xəbərlər
Bakıda WUF13 çərçivəsində "Memarlıq həftəsi"nə start verilib
Qarabağda "ağıllı şəhər" modeli əsasında bələdiyyələr formalaşdırılacaq
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib
Çjan Qotsin: Çin insan mərkəzli yeni urbanizasiya modelini irəli sürür
Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
