Anar Quliyev: "WUF13 beynəlxalq birlik üçün həlledici məqamda baş tutur"
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) beynəlxalq birlik üçün həlledici məqamda baş tutur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində liderlərin sammitində bildirib.
Onun sözlərinə görə, hazırda şəhərlər iqlim dəyişikliyi, mənzil əlçatanlığı, miqrasiya, infrastrukturun dözümlülüyü və sosial həmrəylik məsələlərinin mərkəzində dayanıb: "WUF13 məhz bu səbəbdən böyük önəm kəsb edir. Buillik forum tarixi bir mərhələdir. Forumda ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası çağırılıb".
Onun sözlərinə görə, WUF13 Azərbaycanın dayanıqlı şəhərsalma inkişafına sadiqliyini göstərir: "WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də dərin məsuliyyətdir. Bu, bizim dayanıqlı şəhərsalmanın inkişafına, şəhər və icmalarımızın yenidən qurulması və canlandırılmasına, eləcə də dialoq və tərəfdaşlıq vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə olan sadiqliyimizi nümayiş etdirir.
Bugünkü liderlər sessiyası şəhərlərin gələcəyinə dair ümumi baxışı formalaşdırmaq və Yeni Şəhərsalma Gündəliyinin icrasına yönəlmiş qlobal öhdəliyi gücləndirmək üçün unikal imkan yaradır. İştirakınıza görə hər birinizə təşəkkür edir, hamımıza məhsuldar və ruhlandırıcı bir sessiya arzulayırıq".
Oxşar xəbərlər
Anar Quliyev: "WUF13 fəaliyyət üçün bir platformadır"
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
