BƏƏ-nin hücuma məruz qalmış ən böyük qaz kompleksi gələn il fəaliyyətini bərpa edəcək
sizinxeber.az xəbər saytı

BƏƏ-nin hücuma məruz qalmış ən böyük qaz kompleksi gələn il fəaliyyətini bərpa edəcək


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran hücumları nəticəsində zədələnmiş ən böyük qaz emalı kompleksi - "Habshan Gas Processing Plant" 2027-ci ildə tam fəaliyyətini bərpa edə biləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə kompleksin məxsus olduğu "Adnoc Gas" şirkətinin açıqlamasında bildirilib.

"Aprelin 3 və 8-də baş vermiş iki hadisədən sonra qısa müddətdə kompleksin emal gücünün 60 %-i bərpa edilib. Hazırda şirkət bu göstəricini 2026-cı ilin sonunadək 80 %-ə çatdırmağı, 2027-ci ildə isə gücləri tam bərpa etməyi planlaşdırır", - açıqlamada qeyd olunub.

Bildirilib ki, aprelin əvvəlində İran tərəfindən iki dəfə hücuma məruz qalan müəssisə BƏƏ-də daxili qaz tələbatının ödənilməsində mühüm rol oynayır.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında "Satorp" NEZ-in fəaliyyəti bərpa edilib
İranın Neft Nazirliyi: Enerji obyektlərinin böyük hissəsi bərpa ediləcək
Tehran aeroportu aprelin 25-dən fəaliyyətini bərpa edəcək
Qanada Afrikanın ən böyük neft emalı kompleksi tikiləcək
İran İsrailin Hayfa şəhərindəki neft emalı zavoduna hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər