Qətər, İran, BƏƏ və Pakistan regionda gərginliyin azaldılması məsələsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Qətər, İran, BƏƏ və Pakistan regionda gərginliyin azaldılması məsələsini müzakirə edib


Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani İran və BƏƏ-dən olan həmkarları, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefonla Tehran və Vaşinqton arasında atəşkəsi müzakirə edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Pakistan Baş naziri ilə söhbət zamanı Qətər Baş naziri İslamabada ABŞ və İran arasında atəşkəsin əldə edilməsinə töhfə verən vasitəçilik səylərinə görə minnətdarlığını bildirdi. O, Dohanın Pakistanın bu təşəbbüsünü tam dəstəklədiyini və bütün tərəfləri hərtərəfli sülh razılaşmasına nail olmaq üçün dialoqa çağırdığını bildirib.

BƏƏ Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə söhbətində XİN rəhbəri BƏƏ-nin “Bərakə” Atom Elektrik Stansiyasına dron hücumunu qətiyyətlə pislədiyini bildirib.

Oxşar xəbərlər

Qətərin xarici işlər naziri İrana səfər edəcək
Qətərin Baş naziri İrana səfər edəcək
Qətərin Baş naziri: İsrail-HAMAS danışıqlarının gələcəyi sual altındadır
İran xarici işlər naziri Qətərə gedir
Türkiyə və Qətər XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər